Rəqəmsal Marketinqdə Metriklər: Tam Bələdçi (2026)

Rəqəmsal marketinq sahəsində uğur qazanmaq üçün yalnız reklam vermək kifayət etmir. Nəticələri düzgün ölçmək əsas şərtdir. İstər Meta Ads, istər Google Ads, istərsə də SMM kampaniyaları olsun, hər bir strategiyanın effektivliyini anlamaq üçün metriklərdən istifadə edilir.

Bu metriklər sizə nə işləyir, nə işləmir sualının dəqiq cavabını verir. Əgər siz də reklam büdcənizi daha effektiv istifadə etmək və ROI-ni artırmaq istəyirsinizsə, bu bloq yazısı sizin üçün praktiki bələdçi olacaq.

Rəqəmsal marketinq metrikləri nədir?

Rəqəmsal marketinq metrikləri, kampaniyaların performansını ölçmək üçün istifadə olunan göstəricilərdir. Bu metriklər istifadəçi davranışını analiz etməyə, qərar verməyə və strategiyanı optimizasiya etməyə kömək edir.

Metriklər əsasən 3 kateqoriyaya bölünür:

  • Trafik metrikləri
  • Engagement metrikləri
  • Conversion metrikləri

Trafik metrikləri

Trafik metrikləri istifadəçilərin saytınıza və ya reklamınıza necə gəldiyini göstərir. Bu metriklər əsasən görünürlük və trafik axınını ölçmək üçün istifadə olunur.

1. Impression (Göstərilmə sayı) – Reklam və ya kontentin neçə dəfə istifadəçilərə göstərildiyini bildirir.
Bu metrik brand awareness üçün vacibdir.

2. Reach (Əhatə dairəsi) – Kontenti görən unikal istifadəçi sayını göstərir. Reach ilə impression arasındakı fərq kampaniyanın yayılma gücünü anlamağa kömək edir.

3. Clicks (Klik sayı) – İstifadəçilərin reklama və ya linkə neçə dəfə klik etdiyini göstərir. Bu metrik trafik axınının əsas indikatorudur.

4. CTR (Click-Through Rate) – Kliklərin göstərilmələrə nisbətidir.

CTR = Klik / Impression × 100

5. CPC (Cost Per Click) nədir? – İstifadəçinin reklama etdiyi hər klik üçün ödədiyiniz məbləği göstərir. Bu metrik xüsusilə Google. Tik-tok və Meta Ads kampaniyalarında geniş istifadə olunur.

CPC = Ümumi xərclər / Klik sayı

Engagement metrikləri (İstifadəçi qarşılıqlı əlaqəsi)

Engagement metrikləri istifadəçilərin kontentlə necə qarşılıqlı əlaqə qurduğunu ölçür. Bu metriklər SMM və kontent marketinqdə xüsusilə vacibdir.

1. Engagement Rate – İstifadəçilərin kontentlə qarşılıqlı əlaqəsinin faiz göstəricisidir. Hesablanma qaydası aşağıdakı kimidir:

Engagement Rate = (Like + Comment + Share) / Reach × 100

2. Likes, Comments, Shares, Saves – Bu göstəricilər istifadəçi marağını birbaşa əks etdirir:

  • Like → ilkin maraq
  • Comment → aktiv iştirak
  • Share → kontentin yayılması
  • Save → dəyərli kontent

3. Average Engagement Time – İstifadəçinin kontent və ya saytda nə qədər vaxt keçirdiyini göstərir. Bu metrik xüsusilə Google Analytics 4 (GA4)-də vacibdir.

Conversion metrikləri (Nəticə və satış göstəriciləri)

1. Conversion Rate – İstifadəçilərin neçə faizinin məqsədli hərəkət etdiyini göstərir.

Conversion Rate = Conversion / Ümumi istifadəçi × 100

2. CPA (Cost Per Acquisition) – Bir conversion əldə etmək üçün çəkilən xərci göstərir. Aşağı CPA daha effektiv kampaniya deməkdir. CPA-nı bu düstur əsasında hesablamaq mümkündür.

CPA = Ümumi reklam xərci / Konversiya sayı

3. ROAS (Return on Ad Spend) – Reklama xərclənən büdcənin nə qədər gəlir gətirdiyini ölçür.

ROAS = Gəlir / Reklam xərci

Rəqəmsal marketinqdə uğur təsadüfi deyil, düzgün metrikləri izləmək və onlar əsasında qərar vermək nəticənin əsasını təşkil edir. Trafik, engagement və conversion metrikləri birlikdə analiz edildikdə kampaniyanın real performansı ortaya çıxır.

Unutmaq olmaz ki, tək bir metrik üzərindən qərar vermək yanlış nəticələrə gətirib çıxara bilər. Ən doğru yanaşma bütün metrikləri kompleks şəkildə dəyərləndirmək və onları biznes məqsədləri ilə uyğunlaşdırmaqdır. Məhz bu yanaşma sizə daha effektiv kampaniyalar qurmağa və reklam xərclərinizdən maksimum nəticə əldə etməyə imkan verəcək.

Rəqəmsal marketinqlə bağlı biliklərini daha da dərinləşdirmək və praktiki yanaşmaları öyrənmək üçün saytımda yerləşdirdiyim digər bloq yazılarına da nəzər yetirməyi unutma 🙂

Scroll to Top